Konor Makqreqor karyerasını başa vurur
Məşhur irlandiyalı MMA ustası Konor Makqreqor karyerasını başa vurmaq üzrədir.
Sportline.az xəbər verir ki, UFC-nin prezidenti Dana Uayt bu barədə söz açıb.
O, Konorla Con Consun gələcəyi ilə bağlı pessimist əhvalda fikir səsləndirib.
"İyulda Konorun 36 yaşı olacaq. Onun kifayət qədər pulu var. Con Cons bəlkə də bir az döyüşdü. Bəlkə də yox...Hər halda yaş öz sözünü deyir. Onlar zədələrdən yayınmaq istəyirlər", - deyə Uayt "The Jim Rome Show"da bildirib.
Qeyd edək ki, iyunun sonlarına təyin olunan Makqreqor - Çendler döyüşü irlandiyalının səhhətindəki problemə görə təxirə salınıb.