Koronavirusun məşqçilərə təsiri
Koronavirus pandemiyası tennisçilərlə məşqçilər arasında əlaqələrin kəsilməsinə səbəb ola bilər.
Sportline.az xəbər verir ki, yunanıstanlı raketka ustası Mariya Sakkarinin məşqçisi Tom Hillin sözlərinə görə, hazırda tennis dünyasını narahat edən məsələlərdən biri budur. Onun sözlərinə görə, yarışlar ləğv olunandan heç bir tennis məqçisi qazanc əldə edə bilmir. Hill artıq tennisçilərin məşqçilərlə müqavilələri pozmağa hazırlaşdığını söyləyib.
Xatırladaq ki, iyulun ortalarına qədər heç bir tennis turniri keçirilməyəcək. Hazırda bütün tennisçilər karantin rejiminə əməl edir.