Kosovo - Türkiyə matçı neytral meydanda oynanılacaq
DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində keçiriləcək Kosovo - Türkiyə matçı neytral meydanda oynanılacaq. SportLine.az xəbər verir ki, buna səbəb Kosovoda UEFA-nın tələblərinə cavab verən stadionun olmamasıdır.
Qərara əsasən matç Albaniyada baş tutacaq.
Qeyd edək ki, Kosovo – Türkiyə oyunu iyunun 11-də keçiriləcək.