Kovaçiç İspaniyaya qayıdır
"Mançester Siti"nin xorvatiyalı futbolçusu Mateo Kovaçiç mövsümün sonunda klubdan ayrıla bilər.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Atletiko Madrid" Kovaçiçlə yaxından maraqlanır.
30 yaşlı yarımmüdafiəçinin dəyəri "Transfermarkt" portalına görə 28 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Kovaçiç 2015-2018-ci illər ərzində "Real Madrid"də çıxış edib.