Kramarenkonun komandasında yeni baş məşqçi
Rusiyanın MOİK komandasının yeni baş məşqçisi bəlli olub.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Moskva təmsilçisi Aleksey Berezutskiyə tapşırılıb.
39 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, MOİK-in qapıçılar üzrə məşqçisi Azərbaycan millisində də analoji vəzifəni yerinə yetirən Dmitri Kramarenkodur. O, cari ilin yanvarından paytaxt təmsilçisində çalışır.