"Kristal Pelas" "Lester Siti"yə 32 milyon funt sterlinq ödəyəcək
"Lester Siti"nin mərakeşli forvardı Bilal El Xannus karyerasını "Kristal Pelas"da davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu haqda "Sky Sports" məlumat yayıb.
London klubu bu keçid üçün "Lester Siti"yə 32 milyon funt sterlinq ödəyəcək.
Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 3 matçda 2 asistlə yadda qalıb.