"Kristal Pelas" "Liverpul"dan 75 milyon avro tələb edir
"Liverpul" "Kristal Pelas"ın futbolçusu İsmaila Sarrı heyətinə qatmaq istəyir.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Santi Aouna məlumat yayıb.
London klubu 28 yaşlı sağ cinah vingeri üçün 75 milyon avro tələb edir.
Qeyd edək ki, İ.Sarrın "Kristal Pelas"la sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.