"Kristal Pelas" "Liverpul"un futbolçusuna göz qoydu

"Kristal Pelas" "Liverpul"un ingiltərəli yarımmüdafiəçisi Harvi Eliyotu transfer etmək niyyətindədir. 

Sportline.az xəbər verir ki, bu haqda "Sun Sport" nəşri məlumat yayıb.

22 yaşlı futbolçu Mersisayd klubundan ayrılmaq fikrinə müsbət yanaşır.

Qeyd edək ki, H.Eliyot ötən mövsümü 28 matçda 5 qol 3 asistlə yadda qalıb.