Kuduzun yeni klubu bəlli olub

“Tottenhem” “Vest Hem”lə qanalı vinger Mohammed Kuduzun transferi üçün 55 milyon funt-sterlinq məbləğində razılıq əldə edib.

Sportline.az xəbər verir ki, Qana millisinin üzvü indi tibbi müayinədən keçəcək və uzunmüddətli müqavilə imzalayacaq. BBC Sport şənbə günü xəbər vermişdi ki, “Vest Hem” ilk 50 milyon funtluq təklifi rədd edib, amma indi razılaşma əldə olunub.

Kudusun müqaviləsində 85 milyon funtluq sərbəstqalma maddəsi var.

O, 2023-cü ildə “Ayaks”dan 38 milyon funta “Vest Hem”ə keçmişdi. İngiltərə Premyer Liqasında London klubunun heyətində 65 oyunda iştirak edərək 13 qol vurub, 9 assist edib.