Kukurelya: “Mançester Siti” “Çelsi”yə keçmədən əvvəl məni istəyirdi”
"Çelsi"nin futbolçusu Mark Kukurelya maraqlı açıqlaması ilə gündəmə gəlib.
Sportline.az xəbər verir ki,
Çelsi”nin müdafiəçisi Mark Kukurelya keçmişdə “Mançester Siti”nin onu transfer etmək istədiyini təsdiqləyib.
İspan futbolçu həmin dönəmdə Pep Qvardiolanın komandasına qoşulmaq istəyinin çox güclü olduğunu bildirib.
“'Man Siti” “Çelsi”yə keçmədən əvvəl məni istəyirdi. Onlar o vaxt əsl güc içində idilər, dünyanın ən yaxşı komandalarından biri idi. Getmək istəyirdim. Belə təklif gəlsə, Qvardiola soruşsa, lazım olsa diz üstə də gedərsən. Amma klublar razılığa gələ bilmədi”.