Kunde "Çelsi"nin transfer hədəfinə çevrilib

"Barselona"nın fransalı müdafiəçisi Jül Kunde "Çelsi"nin maraq dairəsi düşüb.

Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, London klubu mövsümün sonunda Kunde üçün "Barselona"ya rəsmi təklif göndərəcək.

26 yaşlı futbolçunun transfer qiyməti 80 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Kunde bu mövsüm çıxış etdiyi 41 matçda 3 qol və 8 asistlə yadda qalıb.

Onun "Barselona" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.