Kurban Berdıyev: "Karvan-Yevlax"la oyun bizim üçün çətin oldu"

"Karvan-Yevlax"la oyun "Turan Tovuz" üçün çətin olub.

Sportline.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev mətbuat konfransında açıqlama verib.

Mütəxəssis Misli Premyer Liqasının VIII turunda 2:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb:

"Çətin matç oldu. Rəqibin əks-hücumlarda yaxşı oynadığını bilirdik. Təəssüf ki, onlardan biri qolla nəticələndi. Uşaqlara qarşılaşmada dönüş yaratdıqlarına görə minnətdaram".