Leao İngiltərə nəhənginin radarındadır
"Milan"ın sol cinah vingeri Rafael Leao "Mançester Yunayted"in transfer hədəfinə çevrilib.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Pietro Balzano Prota məlumat yayıb.
26 yaşlı futbolçu transfer qiyməti 70 milyon avrodur.
Qeyd edək ki, R.Leao 2019-cu ildən "Milan"da çıxış edir.