Lebron Ceyms komandadan ayrıla bilər
Lebron Ceyms komandadan ayrılmaq barədə düşünür.
Sportline.az xəbər verir ki, 39 yaşlı basketbolçu "Los Ancels Leykers" klubu ilə yollarını ayıra bilər.
Bəzi NBA mütəxəssisləri Lebron Ceymsin oğlu Brunni Ceymslə eyni komandada oynamaq istədiyi üçün bu qərara gələcəyini düşündüklərini deyiblər.
Qeyd edək ki, NBA klubları hazırda Lebron Ceymsin keçidi üçün "Los Ancels Leykers"ə təklif göndərməyə başladıqları bildirilib.