Lebron Ceyms "Los Anceles Leykers"lə yolları ayıra bilər

Lebron Ceyms "Los Ancels Leykers"lə yolları ayıra bilər.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, ulduz basketbolçu uzun müddətdir çıxış etdiyi komanda ilə müqaviləyə xitam verə bilər.

Belə ki, Lebron Ceyms karyerasına davam etmək üçün minimum 1 illik yeni müqavilə imzalamalıdır. Əks təqdirdə isə basketbolçunun yaşı karyerasını davam etdirməkdə problem yarada bilər.

Qeyd edək ki, Lebron Ceyms bu mövsüm çıxdığı 68 matçda oyun başına orta hesabla komandasına 25 xal, 8 məhsuldar ötürmə və 7 ribaund qazandırıb.