Lebron Ceyms oğlu ilə komanda yoldaşı olub

NBA Draftının ikinci raundu arxada qalıb.

Bu arada komandalar heyətlərə əl gəzdirməkdədirlər.

Sportline.az NBA-nın rəsmi saytına istinadla xəbər verir ki, "Los Anceles Leykers" Bronni Ceymsi heyətinə qatdığını açıqlayıb.

Bu transferin reallaşması ilə Bronni Ceyms atası Lebron Ceymslə komanda yoldaşı olub.

Qeyd edək ki, NBA tarixində ilk dəfə ata-oğul eyni komandada oynayacaq.