Lebron Ceymsdən tarixi rekord

"Los-Anceles Leykers"in forvardı Lebron Ceyms daha bir rekorda imza atıb.

Sportline.az xəbər verir ki, o, NBA-da ardıcıl iki oyunda 20-dən çox xal və 10-dan çox asist edən ən yaşlı basketbolçu olub.

Bu haqda "StatMamba" statistika xidməti məlumat yayıb.

Qeyd edək ki, dekabrın 30-da Lebronun 40 yaşı tamam olacaq. 

Təcrübəli basketbolçu sözügedən nəticələri "Detroyt Pistons" və "Toronto Reptors"la oyunlarda göstərib.