Lebron və oğlu Bronni tarixə düşdü
“Los Anceles Leykers”- da çıxış edən 39 yaşlı amerikalı ulduz basketbolçu Lebron Ceyms və onun 20 yaşlı oğlu Bronni Ceyms birlikdə oynayan ilk ata-oğul dueti kimi tarix yazdılar.
Sportline.az xəbər verir ki, bu NBA-də bir ilk kimi tarixə düşüb. NBA-da 2024-2025 mövsümü iki matçla başlayıb.
“Los Anceles Leykers” evdə “Minnesota Timbervolves”lə qarşılaşıb. Görüş "Leykers"in 110:103 hesablı qələbəsi ilə başa çatıb.
“Leykers”dən Lebron Ceyms və oğlu Bronni ikinci periodun bitməsinə dörd dəqiqə qalmış oyuna daxil olub və meydan sahiblərinin azarkeşləri tərəfindən böyük alqışlarla qarşılanıb.
Qeyd edək ki, 20 dəfə NBA “All-Star” üçün seçilən Lebron Ceyms, keçən mövsüm NBA-da 40 min xal toplayan ilk oyunçu olmuşdu.