"Legiya" "Flora"ya belə qalib gəldi

Milli komandamızın üzvü Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Tallin "Flora"sı ilə qarşılaşıb. Oyuna sürətli başlayan varşavalılar erkən qolla hesabı açıblar. Vəziyyəti düzgün qiymətləndirən Kapustka artıq 3-cü dəqiqədə "Legiya"nı irəli çıxarıb. Fasiləyədək meydan sahiblərinin fərqi artırmaq imkanı olsa da, bundan yararlana bilməyiblər. Əvəzində qonaqlar tarazlığı bərpa ediblər. 53-cü dəqiqədə Rauno Sapinen fürsəti qaçırmayıb. 1-1. Ruhdan düşməyən Polşa çempionları sonadək yüksək əzmkarlıq göstəriblər. Bunun məntiqi nəticəsi kimi, Mahir Emreli və komandası meydandan qələbə ilə ayrılıb. Əlavə olunan dəqiqələrdə Rafael Lopes "Legiya" fanatlarını coşdurub. 2-1.