"Legiya" Mahirsiz qələbə qazandı
Polşa çempionatının 1-ci turunda Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" evdə “Visla” (Plok) ilə üz-üzə gəlib.
Sportline.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb.
Mahir bu görüşün iştirakçısı olmayıb. Səhhətində problem olan futbolçumuzun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Qeyd edık ki, millimizin digər oyunçusu Anton Krivotsyuk "Visla"da çıxış edir. O, görüşə start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.