"Leipziq" Türkiyə klubundan futbolçu alıb

"Göztepe"nin brazilyalı forvardı Romulo karyerasını "Leipziq"də davam etdirəcək.

Sportline.az xəbər verir ki, Almaniya klubu bu keçid üçün qarşı tərəfə 20+5 milyon avro ödəyəcək.

Bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

Qeyd edək ki, 23 yaşlı futbolçu ötən mövsümü 33 matçda 17 qol 10 asistlə tamamlayıb.