Lempard: “Bellingemi transfer etmək istəyirdim”

“Çelsi”nin əfsanəsi Frenk Lempard klubda baş məşqçi olduğu illərdə Cud Bellingemi transfer etmək istəyib.

Sportline.az xəbər verir ki, Lempard “Sky Sports”a müsahibəsində bu fikirləri səsləndirib;

“Çelsi”də baş məşqçi olduğumu illərdə Cud Bellingemi transfer etmək üçün can atırdım, lakin rəhbərlik buna icazə vermədi. Rəhbərlik 16 yaşında bir futbolçuya 20 milyon sterlinq ödəmək istəmədi”, - deyə Lempard bildirib.

Qeyd edək ki, 47 yaşlı mütəxəsis hazırda “Koventri Siti”ni çalışdırır.