Lennart Karl: "Ən böyük xəyalım "Real Madrid"də oynamaqdır"

"Bavariya"nın gənc ulduzu Lennart Karl maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, 17 yaşlı futbolçu öz müsahibəsində bu fikirləri səsləndirib;

"Bavariya" çox böyük klubdur, lakin karyeramın bir nöqtəsində "Real Madrid"ə transfer olmaq istəyirəm. Ən böyük xəyalım "Real Madrid"də oynamaqdır", - deyə L.Karl bildirib.

Qeyd edək ki, Almaniya millisinin üzvünün bu açıqlaması "Bavariya" klubunun azarkeşlərini qəzəbləndirib. Sözügedən oyunçunun dəyəri 60 milyon avrodur.