Leno Şeydayevin vurduğu qolu şərh edib
Almaniya millisinin qapıçısı Bernd Leno hücumçumuz Ramil Şeydayevin vurduğu qol haqqında fikirlərini bölüşüb. Sportline.az xəbər verir ki, o, "Kicker”ə müsahibəsində deyib: "İlk yarıda bir neçə uğursuz hərəkətim oldu. Top ötürərkən ayağım sürüşdü. Həmçinin qol epizodunda zərbə yaxın küncə vurulsa belə, top əl ilə bədənimin yuxarı hissəsi arasından keçdi. Belə zərbələri dəf etmək hər zaman çətin olur”. Xatırladaq ki, DÇ-2018-in təsnifat mərhələsinin Almaniya-Azərbaycan matçı 5-1 hesabı ilə nəticələnib.