"Lester" İngiltərə Superkubokunu qazandı
İngiltərə Superkuboku oyunu keçirilib.
Sportline.az xəbər verir ki, görüşdə "Mançester Siti" "Lester"lə üz-üzə gəlib. Gərgin keçən matçda "Lester" Keleçi İxenaçonun son dəqiqələrdə vurduğu qolla qalib gəlib. Beləliklə, "Lester" İngiltərə Superkubokunu qazanıb.
İngiltərə Superkuboku
7 avqust
20:15. "Lester" - "Mançester Siti" - 1:0
Baş hakim: Andre Merriner
Qol: Keleçi İxenaço, 89
"Uembli" stadionu