Levandovski "Barselona"da qalacaq

"Barselona" polşalı forvardı Robert Levandovski ilə yola davam edəcək.

Sportline.az "Mundo Deportivo" qəzetinə istinadən xəbər verir ki, Levandovski Katlaniya klubu ilə 1 illik yeni müqavilə imzalayacaq.

36 yaşlı futbolçunun "Barselona" ilə hazır ki müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Levandovski 2022-ci ildə "Bavariya"dan "Barselona"ya 45 milyon avro qarşılığında transfer olmuşdu.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 33 matçda 31 qol və 3 asistlə yadda qalıb.

Levandovskinin hazır ki dəyəri "Transfermarkt" portalına görə 15 milyon avro olaraq qiymətləndirilir.