Levandovski zirvədə
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2015-ci ilin yekunlarına əsasən dünyanın ən məhsuldar oyunçularının siyahısını açıqlayıb. SportLine.az xəbər verir ki, cədvələ milli komandada və qitə yarışlarındakı nəticələrə əsasən, ən azı, 8 qol vuran futbolçuların adları daxil edilib. 52 futbolçunun yer aldığı siyahıya Polşa millisi və "Bavariya"nın hücumçusu Robert Levandovski başçılıq edir.
İlk "10-luq" isə belədir:
1. Robert Levandovski (Polşa, "Bavariya") - 22 qol
2. Əhməd Xəlil (BƏƏ, "Əl-Əhli") - 20 qol
3. Kriştiano Ronaldo (Portuqaliya, "Real Madrid") - 19 qol
4. Mohammed Əl-Sahlavi (Səudiyyə Ərəbistanı, "Əl-Nassr") - 18 qol
5. Luis Suarez (Uruqvay, "Barselona") - 16 qol
6. Xu Yanq (Çin, "Şandonq") - 15 qol
7. Tomas Müller (Almaniya, "Bavariya") - 14 qol
8. Əli Mabkout (BƏƏ, "Əl-Cəzirə") - 13 qol
9. Həmzə Əl Dardur (İordaniya, "Əl-Ramza") - 13 qol
10. Zlatan İbrahimoviç (İsveç, PSJ) - 13 qol