"Qarabağ"dan növbəti qələbə
Bu gün Topaz Premyer Liqasında 24-cü turun görüşləri keçiriləcək. SportLine.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə olacaq.
Lider - "Qarabağ" "Kəpəz"i qəbul edəcək. Son iki matçda qələbə qazanan Şahin Diniyevin komandası lideri büdrətməyə çalışacaq. "Köhlən atlar" isə zirvəni qorumaq üçün mübarizə aparacaqlar.
02 aprel 2017
TPL, 24-cü tur
“Qarabağ” – “Kəpəz” - 2:1
QOLLAR: Renan Silva, 26 (0:1); Dino Ndlovu, 41 (1:1); Markos Madera, (2:1)
İlk 3 dövrədəki oyunlar: 1:1, 1:0, 1:0
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Vüsal Qənbərov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məlik Həsənov
Tofiq Bəhramov adına Respublika stadionu
Standings provided by Sofascore LiveScore