Lionel Messinin PSJ-dəki debütü yubanır

Fransa PSJ-sinin yeni transferi Lionel Messinin Paris təmsilçisində debütü bu həftə də baş tutmayacaq.

Sportline.az xəbər verir ki, argentinalı futbolçunun adı "Brest"ə qarşı Liqa 1-in III tur oyununun iştirak ərizəsinə salınmayıb.

Qarşılaşma avqustunda 20-də keçiriləcək.

Qeyd edək ki, 34 yaşlı hücumçu PSJ ilə 2+1 illik müqavilə imzalayıb.