"Lits Yunayted" "Hoffenhaym"la razılığa gəlib
"Lits Yunayted" "Hoffenhaym"ın almaniyalı futbolçusu Anton Staxı heyətinə qatmağa yaxındır.
Sportline.az "Sky Sports Germany"a istinadən xəbər verir ki, hər iki klub arasında razılıq əldə olunub.
26 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 14 milyon avrodur.
Qeyd edək ki, Staxın "Hoffenhaym"la sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.