"Lids Yunayted" "Nyukasl"la razılıq əldə edib
"Nyukasl"ın ingiltərəli futbolçusu Sin Lonqstaf karyerasını "Lids Yunayted"də davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu haqda insayder David Ornşteyn məlumat yayıb.
Hər iki klub arasında razılıq əldə olunub. Transfer bu həftə rəsmi olaraq açıqlanacaq.
Qeyd edək ki, Lonqstafın hazırkı dəyəri 20 milyon avrodur.