"Liverpul" Arnoldun klubda qalmasını istəyir

"Liverpul" ingiltərəli futbolçusu Trent Aleksander-Arnolda yeni müqavilə təklif edəcək.

Sportline.az "Liverpool Echo"ya istinadən xəbər verir ki, Mersisayd klubu Arnoldla yola davam etmək istəyir. Lakin 26 yaşlı futbolçu klubdan ayrılmaq niyyətindədir.

Arnoldun əsas məqsədi mövsümün sonunda "Real Madrid"ə transfer olmaqdır.

Qeyd edək ki, Trent cari mövsüm çıxış etdiyi 36 matçda 3 qol və 7 asistlə yadda qalıb.