"Liverpul" "Atalanta"nın futbolçusuna elçi düşüb

"Liverpul" klubu "Atalanta"nın belçikalı futbolçusu Şarl De Ketelareni transfer etmək üçün hərəkətə keçib.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Liverpul"un niderlandlı baş məşqçisi Arne Slot Şarl De Ketelarenin xidmətində maraqlıdır.

İngiltərə klubunun rəhbərliyi bu keçid üçün "Atalanta"ya 45 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Ketelarenin İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

23 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 23 matçda 8 qol və 9 asistlə yadda qalıb.