"Liverpul" "Bormunt"a elçi düşüb

"Bormunt"un macarıstanlı futbolçusu Miloş Kerkez karyerasını "Liverpul"da davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Mersisayd klubu mövsümün sonunda "Bormunt"a Kerkez üçün rəsmi təklif göndərəcək.

Qeyd edək ki, 21 yaşlı müdafiəçi bu mövsüm çıxış etdiyi 31 matçda 2 qol və 5 asistlə yadda qalıb.

Onun hazır ki dəyəri "Transfermarkt" portalına görə 28 milyon avro olaraq qiymətləndirilir.