"Liverpul" bu futbolçuya görə 35 milyon avro ödəməyə hazırdır

"Liverpul" "Barselona"nın niderlandlı futbolçusu Frenki De Yonqu transfer etmək istəyir.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu bu keçid üçün "Barselona"ya 35 milyon avro ödəməyə hazırdır.

De Yonqun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 27 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 22 matçda 2 qol və 1 asistlə yadda qalıb.