“Liverpul” Diazın transfer qiymətini açıqlayıb
“Liverpul” kolumbiyalı futbolçusu Luiz Diazın transfer qiymətini açıqlayıb.
Sportline.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu Diaz üçün 65 milyon avro tələb edir.
“Barselona” 28 yaşlı futbolçu ilə yaxından maraqlanır.
Qeyd edək ki, Diazın “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 34 oyunda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.