"Liverpul" futbolçusunu satmaq istəmir

"Liverpul" fransalı stoperi İbrahima Konateni satmaq niyyətində deyil.

Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, Mersisayd klubu futbolçusuna yeni müqavilə təklif edəcək.

26 yaşlı futbolçunun klubla sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.

Qeyd edək ki, "Real Madrid" Konateni transfer etmək istəyir.