"Liverpul" italiyalı futbolçu ilə anlaşıb

"Liverpul" italiyalı futbolçunun transferinə hazırlaşır.

Sportline.az jurnalist Nikolo Şikiranın məlumatına istinadən xəbər verir ki, Mersisayd klubu "Parma"nın futbolçusu Ciovanni Leonini heyətinə qatmağa yaxındır.

18 yaşlı stoper yeni klubu 6 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Liverpul" bu keçid üçün qarşı tərəfə 35 milyon avro ödəməyə hazırdır.