"Liverpul" kapitanı ilə yollarını ayırır

"Liverpul"un kapitanı Vircil Van Deyk mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid", "Atletiko Madrid" və "Bavariya" Van Deykin xidmətində maraqlıdır.

33 yaşlı müdafiəçinin "Liverpul"la müqaviləsi mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, Van Deyk bu mövsüm çıxış etdiyi 39 matçda 3 qol və 1 asistlə yadda qalıb.

Niderlandlı futbolçu 2018-ci ilin yanvar ayında "Sounthemton"dan "Liverpul"a 84.6 milyon avro qarşılığında transfer olmuşdu.