"Liverpul" onu saxlayır
"Liverpul" aparıcı futbolçusu Endryu Robertsonla müqaviləni yeniləyib.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, şotlandiyalı müdafiəçi ilə 2026-cı ilin yayınadək sözləşmə imzalanıb.
Qeyd edək ki, 27 yaşlı oyunçu 2017-ci ildən Mersisayd təmsilçisində çıxış edir.