"Liverpul" "Real Madrid"dən 50 milyon avro tələb edir
"Liverpul" fransalı futbolçusu İbrahima Konatenin transfer qiymətini açıqlayıb.
Sportline.az xəbər verir ki, Mersisayd klubu futbolçusu üçün "Real Madrid"dən 50 milyon avro tələb edir.
Bu haqda "Diario As" nəşri məlumat yayıb.
Qeyd edək ki, Konatenin klubla sözləşməsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.