“Liverpul” “Real”dan 45 milyon avro tələb edir
"Real Madrid" klubu heyətinə yeni stoper transfer etməyi planlaşdırır.
Sportline.az "Diario As" nəşrinə istinadən xəbər verir ki, "Liverpul"un fransalı müdafiəçisi İbrahima Konate "Real"ın maraq dairəsindədir.
Mersisayd klubu Konate üçün ən azı 45 milyon avro tələb edir.
Qeyd edək ki, futbolçunun "Liverpul"la müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.