"Liverpul" və "Arsenal" transfer yarışına girib
"Real Madrid"lə münasibətləri soyuyan brazilyalı futbolçu Rodriqo klubdan ayrılmaq istədiyi açıqlayıb.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Liverpul" və "Arsenal" 24 yaşlı futbolçunu transfer etmək üçün yarışa girib.
Rodriqo üçün Madrid klubu 90 milyon avro tələb edir.
Lakin İngiltərə klubları sözü gedən futbolçu üçün 70 milyon avro ödəmək niyyətindədir.
Qeyd edək ki, Rodriqonun "los blankos"la müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.