"Liverpul" və "İnter" ingiltərəli müdafiəçini transfer etmək istəyir
"Kristal Pelas"ın ingiltərəli müdafiəçisi Mark Gehi üçün 2 nəhəng klubdan təklif var.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" və "İnter" oyunçu ilə yaxından maraqlanır.
25 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avrodur.
Qeyd edək ki, Gehinin klubla müqaviləsi 2026-cı ilin yayında qədərdir.