"Liverpul"dan 2 cavabsız qol

"Liverpul" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.

Sportline.az xəbər verir ki, Mersisayd təmsilçisi 2-ci turda "Bernli"ni qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Liverpul" - "Bernli" - 2:0
Qollar: Jota, 18, Mane, 69

2 oyundan 6 xalı olan "Liverpul" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Xalı olmayan "Bernli" isə 17-cidir.