"Liverpul"dan "Nyukasl"a təklif var
"Nyukasl Yunayted"in isveçli futbolçusu Aleksander İsak üçün "Liverpul"dan təklif var.
Sportline.az xəbər verir ki, Mersisayd klubu 25 yaşlı futbolçu üçün "Nyukasl"la danışıqlara başlayıb.
Bu haqda insayder David Ornşteyn öz "X" hesabında paylaşım edib.
Xəbərdə bildirilir ki, "Liverpul" İsak üçün 110 milyon avro ödəməyə hazırdır.
Lakin "Nyukasl Yunayted"in rəhbərliyi sözü gedən futbolçunu 140 milyon avrodan aşağı satmaq niyyətində deyil.
Qeyd edək ki, "Liverpul"un əsas məqsədi Darvin Nunyesi satıb, yerinə İsakı transfer etməkdir.
İsveç millisinin üzvü ötən mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 42 matçda 27 qol 6 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Aleksander İsak "Nyukasl Yunayted"ə 2022-ci ilin yayında "Real Sosyedad" klubundan 70 milyon avro qarşılığında transfer olunmuşdu.
O klubla ötən mövsüm İngiltərə Liqa Kubokunun qalibi olub.
"Nyukasl" həmin finalda "Liverpul"u 2:1 hesabı ilə məğlub etmişdi.