"Liverpul"dan yeni həmlə
"Liverpul" klubu heyətini ispaniyalı müdafiəçi ilə gücləndirməyi nəzərdə tutur.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi "Valensiya"nın futbolçusu Kristian Moskeranı heyətinə qatmaq istəyir.
Hazırda tərəflər arasında danışıqlar davam edir. 20 yaşlı müdafiəçi ilə "Real" da maraqlanır.
Moskera İspaniya La Liqasında 23 oyuna çıxıb və 1 qol vurub. Onun "Valensiya" ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatır. Moskera "Valensiya"nın yetirməsidir.