"Liverpul"u "Barselona"ya dəyişir

"Liverpul"un kolumbiyalı futbolçusu Luiz Diaz "Barselona"nın transfer hədəfinə çevrilib.

Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu mövsümün sonunda L.Diaz üçün "Liverpul"a rəsmi təklif göndərəcək.

28 yaşlı futbolçunun "Liverpul"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Diaz bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 33 oyunda 12 qol və 3 asistlə yadda qalıb.

Onun hazır ki dəyəri "Transfermarkt" portalına görə 85 milyon avro olaraq qiymətləndirilir.