"Liverpul"un futbolçusu getdi

“Liverpul” daha bir futbolçusunu satıb.

Sportline.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tayvo Avoniyi karyerasını Almaniyada davam etdirəcək. 23 yaşlı hücumçu “Union” klubuna keçib. Bundesliqa təmsilçisi nigeriyalı futbolçu üçün 7,5 milyon avro ödəyib.

Qeyd edək ki, futbolçu əvvəllər “Mayns”, “Neymegen”, “Muskron” və “Gent”də icarədə olub. Ötən mövsüm isə məhz "Union"da çıxış edib.