“Liverpul”un futbolçusu klubdan ayrılmaq istəyir
İbrahim Konate “Liverpul”dan ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib.
Sportline.az "Relevo"ya istinadən xəbər verir ki, 26 yaşlı fransalı müdafiəçi gələcək karyerasını başqa komandada davam etdirməyə maraqlıdır və bu barədə qərarını artıq klub rəsmilərinə çatdırıb.
Konatenin "Liverpul"la müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.
Oyunçu "Real Madrid"ə transfer olmaq istəyir.